Keyfiyyət Siyasəti
KEY QUALITY SERTİFİKASİYA VƏ TƏLİM XİDMƏTLƏRİ MƏHDUD MÜƏSSİSƏSİ Üst İdarəetmə;
ISO/IEC 17021-1:2015, ISO/IEC 27006:2015 standartları və normativ sənədlərinin şirkət daxilində idarə edilməsi və davamlı inkişafının təmin edilməsi,
Key Quality-nin idarəetmə sistemi, siyasətləri və məqsədlərinin bütün səviyyələrdəki əməkdaşlar tərəfindən anlaşılmasının təmin edilməsi,
Türkiyə Respublikası və xidmət verdiyi ölkələrin qanunları, ISO/IEC 17021-1:2015, ISO/IEC 27006:2015 standartları və normativ sənədlərinə uyğun olaraq, müstəqillik, obyektivlik, yetərlilik, məsuliyyət, şəffaflıq, məxfilik, şikayətlərə həssaslıq və riskə əsaslanan yanaşma prinsipləri ilə ən yüksək xidmət keyfiyyəti şəraitlərini təmin edərək uyğunluq qiymətləndirmə xidmətlərinin göstərilməsi,
Key Quality-nin sertifikasiya fəaliyyətləri çərçivəsində davamlılığı təmin etmək və müştərilərə ən yeni məlumatları təqdim etmək üçün milli və beynəlxalq standartların, qaydaların və normativ sənədlərin aktual versiyalarının izlənilməsi,
Müştəri məmnuniyyətində davamlılıq fokusunda xidmət göstərilməsi,
Lazımi daxili və xarici təlimlərin təqdim edilməsi, qiymətləndirmə və müşahidələrin aparılması, sertifikasiya fəaliyyətlərində iştirak edən işçilərin uyğun keyfiyyət səviyyəsində saxlanılması,
Sürekli inkişaf üçün Key Quality-nin sertifikasiya sahəsi ilə əlaqədar milli və beynəlxalq orqanlarla, akkreditasiya qurumları ilə, proqram sahibləri ilə və mütəxəssis komitələri ilə əlaqə yaradılması,
Müştəri tələblərini qarşılamaq üçün mümkün olan ən çox sayda xidmətin inteqrasiya olunmuş şəkildə təqdim edilməsi məqsədilə yeni sertifikasiya proqramlarının hazırlanması əsas siyasət olaraq qəbul edilir.
İcraçı Direktor
05.01.2024